Ana içeriğe atla

Kayıtlar

Filoloq etiketine sahip yayınlar gösteriliyor

Azərbaycan Dilində Vurğu Qəbul Etmeyen Şekilçiler

Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir. Məsələn: çiç ə k - çiçəkl ə r - çiçəklərd ə n məkt ə b - məktəbl i - məktəblil ə r - məktəblilərd ə n Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.  1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri Məsələn: müəli'məm müəli'msən müəli'mdir müəli'mik müəli'msiniz müəli'mdirlər Qeyd: -dır4

Sözlerde Vurğunun Yerini Necə Tapmaq Olar?

Azərbaycan dilindəki her hansı sözdə vurğunun yerini tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır. Çünki vurğulu heca tələffüz zamanı özünü asanlıqla biruzə verir. Onu da bilmək lazımdır ki, hecalara ayrılarkən sözdəki bütün hecalar eyni tonda tələffüz olunur. Vurğunu asand tapmaq üçün sözü sərbəst şəkildə tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Tələffüz zamanı vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşərsə bu heca vurğulu hecadır. Bu açıqlamalardan sonra qısaca sözlərdə vurğunu yerini nece tapmaq olar sualının cavablaya bilmək üçün vurğunun məntiqini başa düşmək lazımdır. Vurğu sözdə bir hecanın digər hecalara görə daha qüvvətli deyilməsinə deyilir. Onda vurğunun yerini düzgün tapmaq üçün sırayla sözdeki bütün hecalar digərlərinə nisbətən daha qüvvətli tələffüz olunur. Eger bu qüvvətli tələffüzlərdən biri bu sözün normal tələffüzü ilə örtüşərsə, onda bu heca vurğulu hecadır. Qeyd edek ki, sözlərdə vurğu '  işarəsi ilə göstər

Fevral Ayı Niyə 28 Gündür ve Niyə 4 İldən Bir 29 Gün Olur?

Miladi təqviminə görə bir il 12 aydan, 365 ve 366 gündən ibarətdir. Yuli Sezar bu qarışıqlığı həll etmək üçün Misir astronomu Sosigenesi yanına çağırtdırır ve təqvimi düzəltməsini tapşırır. O vaxtlar Miladi təqvimi 365 gün 6 saat idi ve başlanğıc ay mart ayı idi. Sosigenes təqvimi bele qurur: 1. Hər il 365 gün olacaqşş 2. Hər ildən artıq qalan 6 saat 4 ildən bir təqvimə əlavə olunacaq və həmin il 366 gün olacaq. 3. 366 gün 12 aya bərabər bölünmədiyindən 6 ay 30 gün, 6 ay 31 gün olacaq. 365 gün olan illərdə isə son aydan yəni fevraldan 1 gün azaldılacaq.

Solaxaylıq, Solaxay İnsanlar ve Dedikləri Sözlər

Həyatda sol əli sağ əlinə nisbətən daha yaxşı işləyən insanlar vardır. Günümüzdə bu bir problem sayılmasa da keçmişdə bu bir təhlükə idi. Hətta I Pyotr solaxayların məhkəmədə şahid olmaması haqqında fərman vermişdi. Lakin dünyaca tanınmış məşhur insanlar solaxaylar haqqında fikirler söyləmişlər:

Paltaryuyan Maşının Kəşfi

Paltaryuyan maşın muasir dövrdə ən çox tələb olunan ve istifadə edilən ev alətlərindən, mexaniki qurğulardan biridir. 1899-cu ildə alman ixtiraçı Karl Muller ilk paltaryuyan maşını kəşf etdi. Bu maşınlarda ağacdan hazırlanan ve pərlə işləyən qurğulardan istifadə olunurdu ve əllə idarə olunurdu. 1914-cü ildən etibarən isə bu maşınlara elektrik mühərriki qoşulmağa başlanıldı. İlk elektriklə işləyən paltaryuyan maşını isə amerikalı mühəndis Alva Fisher (Fişer) ixtira etmişdir. Bu ixtiradan sonra paltayyuyan maşın Syevyec Arms firması tərəfindən istehsal olunmağa başlanılışdır. Hazırda demək olar ki hər bir evdə istifadə olunan avtomatik paltaryuyan maşınların istehsalı isə XX əsrin 50-ci illərinə təsadüf edir. Paltaryuyan maşın texnologiyasının inkişafinda Azerbaycanlı alim Lütfi Əliəsgərzadəzadənin qeyri-səlis məntiq nəzəriyyəsinin çox böyük önəmi vardır.

Jurnallar ve Tarixi

Kütləvi informasiya vasitələri cəmiyyətin inkişafında önəmli rola malikdir. Hal-hazıda mətbuatın müxtəlif növləri fəaliyət göstərir. Bunlardan biri də jurnallardır. İlk jurnallar XVIII əsrdə Avropada çap olunmuşdur. Bu jurnallar qəzet və kitab tacirlərinin kataloglarından təşkil olunurdu.  Bir qayda olaraq jurnallar uzun müddət üçün nəzərdə tutulur. Bu zaman gündəlik baş verən və tez-tez dəyişən hadisələr ışıqlandırılmır. Daha çox həftə, ay ərzində baş verən hadisələr dərindən təhlil edilir. Jurnallar, adətən qalın cildə malik olur və keyfiyətli kağızdan istifadə edilərək hazırlanır.

Kitab Çapının Tarixi

Bəşər tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq edən alman ixtiraçısı Johan Qutenberq olmuşdur. İlk kitab 1440 - cı ildə çap olunmuş "Bibliya"-dır. Qutenberqin dahi ixtirası ondan ibarətdir ki, o, metal hərfləri tersinə olaraq qabarıq şəkildə hazırlayır ve daha sonra metaldan hazırlanan hərfləri kağız üzərinə çap edirdi. Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab yaradır və kitab çapı əvvəlcə Avropada, daha sonra isə dünyada geniş yayılmağa başlayır. Bir sözlə, kitab çapı renessans dövrünün açarı hesab olunur...

Dünyada ve Azərbaycanda İlk Kitabxana

Kitabxana növündən asılı olmayaraq kitab vəya əlyazma şəklində olan informasiya daşıyıcılarının toplandığı məkan anlamını daşıyır. İlk kitabxanalar Asur hökmdarı Asurbanipal tərəfindən eramızdan əvvəl yaradılıb. Asur kitabxanasında kitablar üzəri şiş uclu alətlərlə yazılmış gil lövhələrdən ibarət olmuşdur ve Ninova kitabxanası olaraq adlandırılırdı. Eramızdan əvvələ aid olan İsgəndəriyyə kitabxanası dövrünün ən böyük kitabxanası idi. Lakin bu kitabxana yanaraq tarixin bir çox izləri də özü ilə bərabər itirmişdir.

Təyyarənin İxtirası ve Tarixi

Təyyarə havadan ağır, atmosferdə mühərrik ve qanadların yardımı ilə uçuş edebilən nəhəng aparatdır. 1870 - ci ildə fransız mühəndis Peno kiçik təyyarə modelleri düzəldir. 1890 - cı ildə isə alman mühəndisi Otto Liliental təyyarə düzəldir. Onun planeri öz bədəni ilə uçuşu tənzimləyirdi. Bu üsulla mühəndis 30 saniyə ərzində 100 metr məsafə qət edə bilmişdi. Sonralar 1894 - cü ildə rus ixtiraçısı Maksim qanadlarının açılışı 32m, çəkisi 3.5 ton olan bir təyyarə düzəldir. Lakin bu təyyarə sınaq zamanı sınmışdır.  Daha sonra təyyarə düzəltməklə amerikalı Rayt qardaşları məşğul olmağa başladı. Onların planerleri stabil idarə olunaraq havada 1 dəqiqə qalırdı. 1903 - cü ildə onlar ixtiralarını mükəmməlləşdirərək planerə benzinlə işləyən mühərrik qoşurlar. 1903 - cü il martın 14-də U.Rayt ilk motorlu uçuş həyata keçirir ve 32 metr məsafə qət edər. Həmin il 17 dekabırda U.Rayt 260 metr məsafəni uçaraq ilk dəfə təyyarə uçuşunu həyata keçirir. 

Möminə Xatun Türbəsi ve Tarixi

Möminə Xatun Türbəsi müşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəridir. Bu abidə Naxçıvan şəhərinin mərkəzində - Atabəylər Memarlıq Kompleksinin tərkinində yerleşir ve bu kompleksdən dövrümüzə qədər gəlib çatmış yeganə tarixi abidədir. Yerli əhali arasında bu abidə "Atabəy Günbəzi" olaraq adlandırılır. Bu ona işarədir ki, türbə Atabəylər dövlətinin soy türbəsidir.  Möminə Xatun Türbəsi 1186 - cı ildə tikilmişdir. Bu tarix baştağın üstündəki çərçivədə qeyd olunmuşdur. Tarixi qaynaqlara əsasən abidə Məhəmməd Cahan Pəhləvanın dövründə tikilsə də, baştağ hökmdarın ölümündən sonra inşa edilməyə başlanılmışdır. Tədqiqatçıların fikrinə görə hökmdarın özü də bu türbədə dəfn olunub.. .

Dünyada ve Azərbaycanda İlk Qəzet

Dünyada ən qədim kütləvi informasiya vasitəsi qəzet hesap olunur. Qəzetlər əsasən gündəlik və həftəlik olur. Gündəlik qəzetlər hər gün nəşr olunur, lakin həftəsonu buraxılışları həcmcə bir az daha böyük olur. Həftəlik qəzetlər isə səhifə sayısına görə hadisə ışıqlandırması baxımından digərlərindən fərqlənir. Tədqiqatlardan görünür ki, dünyada birinci qəzet e.ə 59-cu ildə Romada ortaya çıxmışdır. Bu zamanlarda kütlevi nəşr olmadığı üçün bütün qəzetlər əl yazısı ilə yazılırdı. "Günün hadisələri" adlı kağız vərəqə idi. Daha sonralar ise texminən 1300 il evvel Çində əl ilə yazılan gündəlik "Paytaxt Yenilikləri" adli mətbu orqan hazırlanmışdır.