Ana içeriğe atla

Kayıtlar

Vurgu etiketine sahip yayınlar gösteriliyor

Azərbaycan Dilində Vurğu Qəbul Etmeyen Şekilçiler

Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir. Məsələn: çiç ə k - çiçəkl ə r - çiçəklərd ə n məkt ə b - məktəbl i - məktəblil ə r - məktəblilərd ə n Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.  1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri Məsələn: müəli'məm müəli'msən müəli'mdir müəli'mik müəli'msiniz müəli'mdirlər Qeyd: -dır4

Sözlerde Vurğunun Yerini Necə Tapmaq Olar?

Azərbaycan dilindəki her hansı sözdə vurğunun yerini tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır. Çünki vurğulu heca tələffüz zamanı özünü asanlıqla biruzə verir. Onu da bilmək lazımdır ki, hecalara ayrılarkən sözdəki bütün hecalar eyni tonda tələffüz olunur. Vurğunu asand tapmaq üçün sözü sərbəst şəkildə tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Tələffüz zamanı vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşərsə bu heca vurğulu hecadır. Bu açıqlamalardan sonra qısaca sözlərdə vurğunu yerini nece tapmaq olar sualının cavablaya bilmək üçün vurğunun məntiqini başa düşmək lazımdır. Vurğu sözdə bir hecanın digər hecalara görə daha qüvvətli deyilməsinə deyilir. Onda vurğunun yerini düzgün tapmaq üçün sırayla sözdeki bütün hecalar digərlərinə nisbətən daha qüvvətli tələffüz olunur. Eger bu qüvvətli tələffüzlərdən biri bu sözün normal tələffüzü ilə örtüşərsə, onda bu heca vurğulu hecadır. Qeyd edek ki, sözlərdə vurğu '  işarəsi ilə göstər

Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri

Əliyev Dadaş Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dilinin öyrənilməsi, onun şifahi və yazılı nitq vərdişlərinin aşılanması, dilimizin inkişaf etmiş dünya dilləri ailəsinə daxil olması və onun həyatımızın bütün sahələrini əhatə etməsi Azərbaycan dilinin mühüm problemlərini araşdıranların və tədrisi ilə məşğul olanların vəzifələrinə daxildir. Azərbaycan dilinin mükəmməl şəkildə öyrənilməsi müxtəlif istiqamətli didaktik çalışmalardan keçir. Ana dilində danışan və yazan adamların nitqində olan qüsurlar şifahi və yazılı nitq vərdişlərinin daima təkmilləşdirilməsini tələb edir. Bu faktla barışmaq olmur ki,  nəinki radio və televiziya kanallarının dəvətliləri, həmçinin aparıcıları da sözlərin düzgün tələffüzü və vurğusu ilə bağlı bağışlanmaz səhvlərə yol verirlər. Bütün bu səhvlərin kökünü orta və ali məktəblərdə dilimizin tərkib hissəsi olan fonetika bəhsi öyrənilərkən orfoepik qaydalara və vurğu mövzusuna kifayət qədər diqqət yetirilməməsində və geniş