Ana içeriğe atla

Kayıtlar

Əliyev Dadaş etiketine sahip yayınlar gösteriliyor

AHISKA TÜRK ATA SÖZLERİNİN ÖZELLİKLERİ(FEATURES OF PROVERBS OF AHISQA TURKS)

Özet Türk soylarından biri olan Ahıska Türkleri uzun zaman tarihi vatanlarından zorla ayrılarak eski Sovet Cumhur Başqanlığının çeşitli yerlerine sürgün edilmelerine rağmen, kendi özelliklerini- dil, ev-maişet, kültür ve folklorunu koruya bilmişlertir. Ahıska Türklerinin folklorunun en çok sevilen ve yaygın janrlarından biri de atasözleritir. Atasözleri insan hayatının farklı alanlarındaki müşahidelerinden ortaya çıkan sonuçları bedii-poetik şekilde, en büyük anlamları ve hikmetleri basit ve anlaşılır bir şekilde anlatan eşsiz kelime hazinesidir. Anahtar kelimeler: Ahıska Türkleri, atasözü, hikmetler, gerçekler.

Lahıc Turizm İnformasiya Mərkəzi Əlaqə

Əziz qonaqlar Lahıcda, Yerləşdirmə, gəzinti, yemək, nəqliyyat, at gəzintisi, piknik yerləri və s.xidmətlərdən istifadə etmək üçün muzeyin yanında yerləşən Lahıc Turizm İnformasiya Mərkəzinə habelə digər əlaqə telefon və e-mail ünvanlara müraciət edə bilərsiniz: tel : +994506777517 , +994556777517 e-mail: lahij.tourizm@mail.ru, dadashaliyev@yahoo.com Habelə, Lahıc Turizm İnformasiya Mərkəzi və Lahıc ilə bağlı ətraflı məlumatı buradaki linkdən alabilərsiniz.

FOLKLORUMUZDA MULTİKULTURALİZM VƏ BİLİNQVİZM

XÜLASƏ Məqalədə çoxmillətli bir ölkə sayılan Azərbaycanda milli siyasətin ana xətti multikulturalizmin təzahürləri ictimai həyatın müxtəlif sahələrində və mədəniyyətdə, o cümlədən şifahi xalq ədəbiyyatı nümunələrində araşdırılmış, bilinqvizmin sosio-kommunikativ baxımdan cəmiyyətimizin reallığı kimi fərqli milli və dini toplumların vahid məqsəd ətrafında birləşməsinin və onların arasında qarşılıqlı hörmət və etibarın mümkünlüyünü inandırıcı şəkildə sübut etməyə cəhd edilmişdir. Açar sözlər: folklor, bilinqvizm, multikulturalizm, tolerantlıq, regional xüsusiyyətlər, Lahıc folkloru

Su Həyat Mənbəyidir

Əziz dostum... Sənə bu məktubumda elə bir mühüm şeydən danışacağam ki, onsuz nə  həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. Yəqin bildin,  demək istədiklərim su haqqındadır.  Bir adama dua edəndə də  “su qədər ömrün olsun”deyirik  Hələ lap qədim zamanlarda ulu babalarımız   “İnsan sudan və torpaqdan yaranıb“ demişlər. Hər şeydən təmiz sudur, hər şey su ilə təmizlənir kimi deyimlər də var. Su  paklıq, təmizlik, təravət rəmzidir.Onlar torpağı “ata”, suyu  isə  “ana” adlandırmışlar . Həmişə aydın görünən hər bir şeydə nəsə  bir sual olur. Elə suya aid də belə bir sual yaranır. Su nədir? Yoxsa allahın insanlara, kainata bəxş etdiyi hər zərrəsi milyonlara bərabər bir möcüzəmi? Lahıc Su, doğrudan da, möcüzədir. Qədim yunan filosofu Pifaqor suyun xəstə orqanizminə müsbət təsirini göstərmiş, Hippokrat isə suyun soyuducu və qızdırıcı təsirlərini müəyyən etmişdir. Su ətraf aləm üçün mühüm həya

Lahıc Lətifələri

AZƏRBAYCAN FOLKLORUNDA LƏTİFƏLƏR VƏ LAHIC LƏTİFƏLƏRİNİN YERİ XÜLASƏ Bu məqalədə əvvəlcə  yığcam şəkildə dünya folklorunda lətifənin yeri, onun geniş yayılma səbəbləri və kommunikativ funksiyası haqqında fikirlər ifadə edilmiş, daha sonra isə Azərbaycan folklorunda lətifələrin mövzu və qəhrəman baxımından təsnifatı verilmiş, əsas hissədə isə folkorumuzun əksər janrlarında olduğu kimi lətifənin də regional xüsusiyyətlərə malik olduğu qeyd edilmiş və əsas qəhrəmanı Qulu Şeyda olan Lahıc lətifələri həm tematik, həm də tekstoloji baxımdan araşdırılmışdır. Açar sözlər: folklor mühiti, lətifə, regional özəllik, kommunikativ funksiya, lokal lətifə qəhrəmanı, Qulu Şeyda, bilinqvizm AНЕКДОТЫ В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ  И МЕСТО ЛАГИЧСКИХ АНЕКДОТОВ  СРЕДИ НИХ РЕЗЮМЕ В этой статье сначала вкратце изложены мысли о месте анекдота в мировом фольклоре, о его коммуникативной функции и причинах широкого распространения, далее  дана традиционная класcификация азербайджанских анекдотов с

Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri

Əliyev Dadaş Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dilinin öyrənilməsi, onun şifahi və yazılı nitq vərdişlərinin aşılanması, dilimizin inkişaf etmiş dünya dilləri ailəsinə daxil olması və onun həyatımızın bütün sahələrini əhatə etməsi Azərbaycan dilinin mühüm problemlərini araşdıranların və tədrisi ilə məşğul olanların vəzifələrinə daxildir. Azərbaycan dilinin mükəmməl şəkildə öyrənilməsi müxtəlif istiqamətli didaktik çalışmalardan keçir. Ana dilində danışan və yazan adamların nitqində olan qüsurlar şifahi və yazılı nitq vərdişlərinin daima təkmilləşdirilməsini tələb edir. Bu faktla barışmaq olmur ki,  nəinki radio və televiziya kanallarının dəvətliləri, həmçinin aparıcıları da sözlərin düzgün tələffüzü və vurğusu ilə bağlı bağışlanmaz səhvlərə yol verirlər. Bütün bu səhvlərin kökünü orta və ali məktəblərdə dilimizin tərkib hissəsi olan fonetika bəhsi öyrənilərkən orfoepik qaydalara və vurğu mövzusuna kifayət qədər diqqət yetirilməməsində və geniş

Lahıc Turizmin (LahijTour) Gələcək Üçün Planları

2002-ci ildə biz ilk dəfə Lahıcdan iki nümayəndə Tiflisə getdik, turizm üzrə seminarda olduq və 2003-cü ilin yanvar ayında "Lahıctur" adlanan QHT yaratdıq. Təzə yarananda problemlərin həlli ilə bağlı planlar çox idi. Əsas problemlər ondan ibarət idi ki, Lahıcın boşalmaq təhlükəsi var, burada yaşamaq və pul qazanmaq çətindir, gənclər qalmaq istəmir, yaşamaq şərtləri zordur, yol bərbaddır, elektrik təchizatı zəifdir və qaz xətti çəkilməyib. Bu problemlərin həlli o zaman olardı ki, bura maraq artsın, yerli əhalinin məşğuliyyəti olsun, gənclər Lahıcdan üz çevirməsinlər. Lahıcda yaşayanlar yaxşı bilir ki, bura aqrar təsərrüfat üçün heç də əlverişli deyil, otlaq və əkin sahələri azdır, qışı sərt və uzundur.

Sənətkarlar Yurdu Qədim Lahıcın Novruz Ənənələri

Dünyada baş verən  qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi elmimizin humanitar istiqamətində geniş vüsət alıb. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki , tədqiqat obyektinin təkcə böyük bir etnos kimi Azərbaycan xalqının deyil , həm də Azərbaycan  ərazisində kompakt şəkildə yaşayan milli azlıqların olmasıdır.  Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi ,tat , lahıc , xınalıq , avar , udin və digər azsaylı xalqların məişəti və mədəni həyatının  özünəməxsusluqları  həm yerli , həm də xarici alimlərin maraq dairəsinə daxil olmuş və folkloristika elmində  yeni bir istiqamətin yaranmasına səbəb olmuşdur.Azərbaycanda yaşayan xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə